Konqo Demokratik Respublikasında BMT əleyhinə etiraz aksiyalarında dörd nəfər ölüb.
APA “Frans-Press” agentliyinə istinadən xəbər verir ki, iğtişaşlar zamanı, həmçinin, on mülki şəxs və üç hərbçi yaralanıb.
Məlumata görə, bir qrup silahlı şəxs BMT-nin Konqodakı missiyasının bazasına girərək ərazini, eləcə də şəhər meriyasının binasını atəşə tutub.
BMT-nin Konqo Demokratik Respublikasındakı Sülhməramlı Missiyası Twitter-də bəyanat yayaraq nümayişçiləri sakit və təmkinli olmağa çağırıb.
BMT nümayəndəliyi sosial mediada yayılan yanlış məlumatlardan və zorakılığa çağırışlardan narahatlığını bildirib.