Liviya üzrə Beynəlxalq Komitə yaradılıb

Liviya üzrə Beynəlxalq Komitə yaradılıb
# 16 fevral 2020 16:13 (UTC +04:00)

Münhenddə Liviya üzrə beynəlxalq görüşün iştirakçıları tərəfləri atəşkəsi qorumağa çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, Münhendə keçirilən görüşün yekunu ilə bağlı yayılan Bəyanatda əksini tapıb.

Görüş iştirakçıları Liviyaya silah embarqosunun davam etməsini və BMT Baş Katibinin xüsusi nümayəndəsi Hasan Salamenin Berlin konfransının qərarlarına uyğun fəaliyyətini dəstəkləyiblər. Görüş iştirakçıları həmçinin Liviya üzrə Beynəlxalq Komitə də təsis ediblər. Liviya üzrə Beynəlxalq Komitə mütəmadi görüşlər keçirəcək. Liviyada siyasi proseslərə start verilməsi ilə bağlı danışıqlara isə fevralın 26-da start verilməsi və bu məqsədlə Forum keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR