Malidə terrorçulara qarşı keçirilən əməliyyat zamanı helikopter qəzası baş verib, 13 fransız əsgəri həlak olub.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, noyabrın 25-i axşam saatlarında iki helikopter toqquşub.
Fransa Prezidenti Emmanuel Makron hadisənin baş verdiyini təsdiqləyib.
E. Makron həlak olanların ailələrinə baş sağlığı verib.
Qeyd edək ki, İŞİD-lə müttəfiq olduğunu bəyan edən terrorçulara qarşı mübarizə aparmaq üçün Fransa "Barkhane" əməliyyatı çərçivəsində Maliyə 4500 əsgər yerləşdirib.