Malidə 33 terrorçu məhv edilib

Malidə 33 terrorçu məhv edilib
# 21 dekabr 2019 19:05 (UTC +04:00)

Malinin Mavritaniya ilə sərhəd bölgəsində 33 yaraqlı Fransa hərbçiləri tərəfindən zərərsizləşdirilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

"Bu səhər əsgərlərimizin və Barkhane qüvvələrinin iştirakı ilə 33 terrorçu zərərsizləşdirilib, bir terrorçu isə əsir götürülüb. Daha əvvəl girov götürülmüş iki malili təhlükəsizlik əməkdaşları azad olunub", - deyə Emmanuel Makron deyib.

Fransa ordusunun komandanlığı Malinin Mopti şəhərindən təxminən 150 km şimal-qərbdə Mavritaniya sərhədi yaxınlığında əməliyyatın keçirilməsini və ölənlərin sayını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR