Məhkəmə CAR-ın sabiq Prezidenti Zumanın həbsinə order verib

 Məhkəmə CAR-ın sabiq Prezidenti Zumanın həbsinə order verib
# 04 fevral 2020 15:01 (UTC +04:00)

Pitermaritsburq şəhərinin Ali Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) sabiq Prezidenti Ceykop Zumanın həbsinə order verib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “SABC News” telekanalı xəbər verir ki, C. Zuma fevralın 4-də keçirilən məhkəmə prosesinə gəlmədiyi üçün Məhkəmə Təqibi Milli İdarəsi məhkəmədən onun həbsinə order verilməsini istəyib. Dövlət ittihamçısı Billi Dauner bildirib ki, təqsirli bilinən şəxsin məhkəməyə gəlməməsi cinayət sayılır.

İdarə, həmçinin, sabiq Prezidentdən məhkəməyə gəlməməsinin səbəbi kimi göstərdiyi səhhətində problem yaranmasını təsdiq edən tibbi sənəd istəyib.

Telekanal xəbər verir ki, məhkəmə C. Zumanın həbsinə order verib və qərar mayın 6-da qüvvəyə minəcək.

CAR-ın sabiq Prezidenti korrupsiya və dövlət əmlakını talan etmə cinayətlərində ittiham olunur. Məhz bu cinayətlərdə ittiham olunduğuna görə o, müxalifətin tələbi ilə 2018-ci ilin fevralında vaxtından əvvəl Prezident vəzifəsindən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR