Misirdə yol qəzasında 12 nəfər ölüb

Misirdə yol qəzasında 12 nəfər ölüb
# 18 dekabr 2019 13:33 (UTC +04:00)

Misirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın "almasryalyoum.com" saytına istinadən verdiyi xəbərə görə, yol qəzası ölkənin Əl-Mənufə əyalətində qeydə alınıb.

Fəhlələri aparan avtomobil yük maşını ilə toqquşub. Nəticədə 12 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR