Misirin "ən təhlükəli terrorçusu" edam ediləcək

Misirin "ən təhlükəli terrorçusu" edam ediləcək
# 27 noyabr 2019 19:24 (UTC +04:00)

Misirin hərbi tribunalının hökmü ilə ölkənin ən təhlükəli terrorçulardan sayılan Hişam Aşmau edam ediləcək.

APA-nın "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, Aşmau ötən ilin oktyabrında Liviyada yerli hərbçilər tərəfindən tutulub və bu il may ayının sonunda Qahirəyə təhvil verilib.

Misir mətbuatı Aşmaunu "Misirin ən təhlükəli terrorçusu" adlandırıb. Əvvəllər ölkənin xüsusi təyinatlı qüvvələrində xidmət edən Aşmau sonradan terrorçu qruplaşmalara qoşulub.

O, böyük terror aktları törətməkdə, xüsusən də 2017-ci ilin oktyabrında 16 əsgər və zabitin ölümü ilə nəticələnən Əl-Vahat bölgəsində Misir Daxili İşlər Nazirliyinin dəstəsinə edilən hücumda şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR