Mozambikdə 64 qanunsuz miqrant yük maşınında ölü tapılıb

Mozambikdə 64 qanunsuz miqrant yük maşınında ölü tapılıb
# 24 mart 2020 14:43 (UTC +04:00)

Mozambikdə ən azı 64 qanunsuz miqrant yük maşını konteynerində ölü tapılıb.

APA-nın məlumatına görə, bu barədə "France-Presse" agentliyi (AFP) tibbi dairələrdəki mənbələrə istinadən xəbər verir.

Malavidən gələn və qanunsuz mühacirləri daşıyan yük maşını Tete əyalətində nəzarət üçün dayandırılıb. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman 64 nəfərin öldüyü, daha 14 nəfərin sağ qaldığı məlum olub. Miqrantların Efiopiyadan olduqları ehtimal edilir.

Qeyd edək ki, miqrantların maşında boğularaq öldükləri ehtimalı olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR