Nigerdə terrorçuların hücumu nəticəsində 14 hərbçi öldürülüb

Nigerdə terrorçuların hücumu nəticəsində 14 hərbçi öldürülüb
# 27 dekabr 2019 07:43 (UTC +04:00)

Bir qrup terrorçu Nigerin qərbində maşın karvanına hücum edərək 14 hərbçini öldürüb.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi ölkə rəsmilərinə istinadən məlumat yayıb.

“Mühafizəçilər və jandarma nümayəndələrinin olduğu karvan Tillaberi bölgəsində pusquya salınıb. Güclü döyüşdə yeddi jandarma və eyni sayda mühafizəçi ölüb”, - deyə Nigerin Daxili İşlər Nazirliyi mətbuata verilən açıqlamada bildirib.

Hərbçilərin Abal departamentində seçicilər arasında iş aparan qrupları mühafizə etdikləri deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR