Nigeriya Hava Qüvvələri səhvən öz qoşunlarına hücum edib, 20-dən çox hərbçi ölüb

Nigeriya Hava Qüvvələri səhvən öz qoşunlarına hücum edib, 20-dən çox hərbçi ölüb
# 27 aprel 2021 08:20 (UTC +04:00)

Nigeriya Hərbi Hava Qüvvələrinin bombardmançı qırıcısı "Boko Haram" terror qruplaşmasının silahlılarına qarşı əməliyyat zamanı səhvən ölkənin şimal-şərqindəki cəmlənmiş hökumət qüvvələrinə raket zərbələri endirib.

APA yerli "Vanguard" qəzetinə istinadən xəbər verir ki, hücum zamanı 20-dən çox hərbçi ölüb.

Raket zərbəsi Mainok şəhəri yaxınlığındakı Borno əyalətində yerləşən hərbi bazanı terrorçulardan müdafiə edən qüvvələrə kömək məqsədi ilə hərəkətdə olan karvana endirilib.

Nigeriya Hava Qüvvələri Komandanlığı istintaq başladıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR