Nigeriyada bomba partlayıb, 7 nəfər ölüb

Nigeriyada bomba partlayıb, 7 nəfər ölüb
# 18 iyul 2020 19:00 (UTC +04:00)

Nigeriyanın şimalında, Kaçina ştatında əldəqayırma bomba partlayıb.

APA-nın xəbərinə görə, bu barədə “Punch” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bir qrup şəxs heyvanlar üçün ot yığmağa gedərkən onlardan kimsə bombaya toxunub.

Bombanın partlaması nəticəsində 7 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yerli polisin nümayəndəsi faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR