Polis “Anadolu”nun Misirdəki ofisində əməliyyat keçirib, 4 nəfər saxlanılıb

#
# 18:15
15 yanvar 2020

Misir polisi Türkiyənin “Anadolu” informasiya agentliyinin Qahirədə yerləşən ofisində əməliyyat keçirib.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Əməliyyat nəticəsində agentliyin 4 nəfər əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı Hilmi Balcı saxlanılıb. Saxlanılanların hara aparılması barədə məlumat verilməyib.

Türkiyə Xarici İşlər Nazirliyi hadisəni qınayıb. Saxlanılan şəxslərin dərhal azad olunması tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR