Ruandada torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

Ruandada torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub
# 26 dekabr 2019 19:39 (UTC +04:00)

Ötən gün Ruandada güclü yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ruandanın Yerli İdarəetmə naziri Anastase Şyaka bildirib.

Güclü yağışlar nəticəsində paytaxt Kiqali və ətraf ərazilərə ciddi ziyan dəyib.

Qeyd edək ki, 2019-cu il Şərqi Afrikada güclü yağışlar müşahidə olunub. Ruanda Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu ilin 9 ayı ərzində yağan yağışların səbəb olduğu güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində 234 nəfər ölüb, 268 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 4 mindən çox ev dağılıb, 6 min hektar əkin sahəsinə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR