Somali prezidenti Moqadişo terrorunda "Əş-Şabab" qruplaşmasını günahlandırıb

#
# 20:52
28 dekabr 2019

Somali Prezidenti Məhəmməd Abdullahi Məhəmməd “Əş-Şabab” terror qruplaşmasını ölkənin paytaxtı Moqadişoda azı 90 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə ittiham edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində paylaşım edib.

“Bu gün ölkə üçün kədərli bir gündür. Lakin “Əş-Şabab” Somali millətinin dirçəlişini ləngidə və ya dayandıra bilməyəcək. Somali hökuməti və xalqı terrora qarşı birgə mübarizə aparacaq”, - dövlət başçısı belə deyib.

Qeyd edək ki, Moqadişoda partlayıcı maddələrlə doldurulmuş yük maşını cənub-qərb keçid məntəqəsində partladılıb. Nəticədə azı 90 nəfər ölüb. Türkiyə Xarici İşlər Nazirliyi ölənlər arasında iki Türkiyə vətəndaşının olduğunu təsdiqləyib. İndiyə qədər terror qruplaşmalarının heç biri hazırkı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR