Uqandada göldə qayıq aşıb, 30 nəfər ölüb

Uqandada göldə qayıq aşıb, 30 nəfər ölüb
# 25 dekabr 2020 11:24 (UTC +04:00)

Uqandada göldə qayığın aşması nəticəsində ən azı 30 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisə dekabrın 22-si Albert gölündə qeydə alınıb.

Balıqçılara məxsus qayıqda 47 nəfər olub.

Hadisə nəticəsində 30 nəfər ölüb, 12 nəfərin həyatını xilas etmək mümkün olub, yerdə qalanlar isə itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR