BMT Efiopiyada tərəfləri atəşkəsə çağırıb

BMT Efiopiyada tərəfləri atəşkəsə çağırıb
# 06 noyabr 2021 04:14 (UTC +04:00)

BMT-nin Təhlükəsizlik Şurası Efiopiyada vəziyyətdən ciddi narahatlıq keçirdiyini bəyan edib.

APA-nın “Le Monde” qəzetinə istinadla xəbərinə görə, Təhlükəsizlik Şurası (TŞ) tərəfləri atəşkəslə bağlı danışıqlara başlamağa çağırıb.

Meksikalı diplomat Xuan Ramonun elan etdiyi bəyanatda TŞ tərəfləri zorakılığa son qoymağa, dialoq üçün şərait yaratmağa çağırıb. Münaqişənin eskalasiyasından narahatlıq ifadə edilib.

Qeyd edək ki, TŞ-nın Efiopiya ilə bağlı şənbə gününə nəzərdə tutulan iclası gələn həftəyədək təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR