BMT Sudanda mülki hökumətin bərpasını tələb edir

BMT Sudanda mülki hökumətin bərpasını tələb edir
# 05 noyabr 2021 22:35 (UTC +04:00)

BMT-nin İnsan hüquqları Şurası Sudanda mülki hökumətin dərhal bərpa olunmasını tələb edib.

APA-nın xəbərinə görə, Şuranın yekdilliklə qəbul etdiyi qərarda baş nazir Abdallah Hamduk və digər məmurların dərhal azad edilməsi tələb olunur. Şura eyni zamanda qanunsuz olaraq azadlıqdan məhrumetmələri pisləyir.

Tədbirdə iştirak edən 5 dövlətin nümayəndələri vəziyyətin yerində araşdırılması üçün BMT-nin TŞ-dan Sudan üçün ekspertlər təyin etməyi xahiş ediblər. Bundan əlavə, insan hüquqları üzrə də xüsusi nümayəndənin təyin olunması istənilir.

Qeyd edək ki, Sudanda oktyabrın 25-də baş verən dövlət çevrilişindən sonra hərbçilər hakimiyyəti ələ alıb. Toqquşmalar zamanı 13 nəfər həlak olub, 300-dən çox insan xəsarət alıb. Baş nazir və bir çox məmur həbs edilib. Lakin beynəlxalq təzyiqdən sonra 4 nazir azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR