Burkina-Fasoda Kanada şirkətinin karvanına hücum edilib, 6 nəfər yaralanıb, itkin düşənlər var

Burkina-Fasoda Kanada şirkətinin karvanına hücum edilib, 6 nəfər yaralanıb, itkin düşənlər var
# 30 oktyabr 2021 06:14 (UTC +04:00)

Burkina-Fasonun şimal-şərqində Kanadanın “Iamgold” qızıl mədən şirkətinin maşın karvanına silahlı hücum edilib.

APA “Burkina” xəbər agentliyi istinadən xəbər verir ki, hücum nəticəsində azı 6 nəfər yaralanıb, 3 nəfər itkin düşüb.

Maşın karvanına hücum Nigerlə sərhədə yaxın Dori və Essakane yaşayış məntəqələri arasındakı yolda baş verib.

Karvanda 27 işçinin olduğu üç avtobus olub. Avtobuslar silahlardan atəşə tutulub. İşçilər avtobuslardan düşərək ən yaxın kəndə qaçıblar. Silahlılar avtobusları yandırıblar.

Qeyd edək ki, “Iamgold” şirkəti Kanada, Burkina-Faso və Surinamda qızıl mədənlərinin sahibidir. Şirkətin qərargahı Torontoda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR