Cənubi Afrikada sutkalıq COVID-19-a yoluxma iki dəfə azalıb

Cənubi Afrikada sutkalıq COVID-19-a yoluxma iki dəfə azalıb
# 07 dekabr 2021 06:13 (UTC +04:00)

Cənubi Afrikada son 24 saatda yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı iki dəfə azalıb.

APA xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIIZ) hesabatında bildirilir.

Qeyd edilib ki, bir gün əvvəl 11,125 və iki gün əvvəl isə 16,366 yoluxma qeydə alınıb, müqayisədə 6,381 azalma müşahidə edilib: “Koronavirusa yoluxanların sayında ən böyük artım paytaxt Qautenqdə müşahidə olunmaqda davam edir - əvvəlki gündə 7 929 nəfərlə müqayisədə 4 488 nəfərdə yoluxma aşkarlanıb. Xəstələrin böyük əksəriyyəti Omicron ştamına yoluxub”.

COVID-19 diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı 175 nəfər olub ki, bu da bir gün əvvəl 135 nəfər olub. Koronavirusla bağlı xəstəxanalara yerləşdirilənlərin ümumi sayı isə 3517 nəfərdir.

Lakin sutkalıq ölüm sayına gəldikdə bir gün əvvəl 1 nəfər ölmüşdüsə, bu rəqəm bu gün 9-a çatıb.
Aktiv koronavirus xəstələrin sayı 86 726 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR