Efiopiyada BMT-nin əməkdaşları saxlanılıb - YENİLƏNİB

Efiopiyada BMT-nin əməkdaşları saxlanılıb  - YENİLƏNİB
# 10 noyabr 2021 07:47 (UTC +04:00)

Efiopiyada yerli və xarici olmaqla BMT-nin 4957 əməkdaşı var.

APA-nın xəbərinə görə, bunu BMT-nin sözçüsü Stefan Düjarrik məlumat verib. O əlavə edib ki, indiyədək BMT əməkdaşlarının ölkəyə gəlməsi və ölkədən getməsi ilə bağlı heç bir şikayət daxil olmayıb.

***

05.11

ABŞ Efiopiyadakı BMT əməkdaşlarının həbsdən azad edilməsi üçün kömək etməyə hazırdır.

APA-nın xəbərinə görə bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

****

22.46

Efiopiyada saxlanan BMT əməkdaşlarının altısı artıq sərbəst buraxılıb. 16 nəfər isə hələ də həbsdədir

APA-nın xəbərinə görə, bunu BMT-nin sözçüsü Stefan Düjarrik məlumat verib. BMT-nin mənzil qərargahında keçirilən birfinqdə Düjarrik deyib: “Hazırda digər əməkdaşların da azad edilməsi üçün Efiopiya hökuməti ilə danışıqlar aparılır. Bizə həbslə bağlı hələ ki, heç bir tutarlı səbəb göstərilməyib.”

***

21.15

Efiopiyada BMT-nin 10 əməkdaşı ailə üzvləri ilə birgə saxlanılıb. Bu barədə “Ria Novosti”yə BMT-nin ölkədəki nümayəndəsi Fərhan Xak bildirib.

Diplomat qeyd edib ki, əməkdaşlar və ailə üzvləri paytaxt Əddis-Əbəbədə saxlanılıb. BMT-nin Təhlükəsizlik Departamentinin əməkdaşları onlara saxlandıqları yerdə baş çəkiblər.

***

20.49

Efiopiyada BMT-nin ondan çox əməkdaşı saxlanılıb.

APA-nın xəbərinə görə bu barədə “Ria Novosti” BMT-dəki mənbəyə istinadla xəbər yayıb.

Artıq Efiopiya hökumətinə saxlanılanların azad edilməsi üçün nota verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR