Konqoda  Çin vətəndaşları oğurlanıb

Konqoda  Çin vətəndaşları oğurlanıb
# 21 noyabr 2021 16:24 (UTC +04:00)


Bu gün Konqo Demokratik Respublikasının şərqində qızıl şaxtası ərazisində 7 Çin vətəndaşı oğurlanıb.
APA-nın “Actualite” portalına istinadən verdiyi məlumata görə, naməlum şəxslər Çinin “Bayond Mining” şirkətinin idarəetməsində olan şaxtanı atəşə tutub.
Nəticədə şaxtanın mühafizəsini təmin edən konqolu hərbçilərdən biri ölüb. Silahlılar 7 çinli mütəxəssisi oğurlayıblar.
Konqo hökuməti çinlilərin xilas edilməsi üçün bölgəyə əlavə polis qüvvələri göndərib.
Hücumu hansı qrupun təşkil etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, son aylar Cənubi Kivu əyalətində Çinin “Bayond Mining” şirkəti ilə yerli sakinlər arasında narazılıq hökm sürür. Yerli əhali sənaye məqsədilə istifadə edilən torpaqlara görə ödənilən kompensasiyanın həcmindən narazıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR