Konqoda dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçıb

Konqoda dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçıb
# 21 noyabr 2021 23:42 (UTC +04:00)

Konqo Demokratik Respublikasının Matadi şəhərində dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçıb.

APA-nın xəbərinə görə, səhər saatlarında 2 silahlı şəxs həbsxananın girişinə yaxınlaşaraq nəzarətçiləri tərksilah edib və qapıları açıb.

Bunun ardınca yüzlərlə dustaq həbsxananı tərk edib. Şəhər polis rəisinin məlumatına görə güc strukturları havaya atəş açaraq qaçanlara mane olmaq istəyib. Lakin 300-dən çox dustaq onları tərksilah edib, 2 nəfəri isə yaralayıb. Həbsxanada şənbə gününə olan siyahıya görə 797 dustaq olmalı idi. Hazırda qaçanların siyahısı tərtib edilir.

1939-cu ildə tikilmiş həbsxana 150 nəfər üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR