Koronavirusun daha bir ştammı aşkar edilib

Koronavirusun daha bir ştammı aşkar edilib
# 26 noyabr 2021 04:00 (UTC +04:00)

Koronavirusun növbəti ştammı Cənubi Afrika Respublikasında (CAR) aşkar olunub.

APA-nın xəbərinə görə, tədqiqatçılar şərti olaraq B.1.1.529 adlandırdıqları ştammın daha yoluxucu və təhlükəli olduğunu bildirirlər. Virusoloqlar CAR-ın Səhiyyə Nazirliyində keçirdikləri konfransda bildiriblər ki, yeni ştammın mutasiyaları həddindən artıq çox, yayılma təhlükəsi böyükdür.

Tədqiqatçıların fikrincə, yeni ştamm Delta variantından daha sürətlə yayılaraq dünyada dominant ola bilər. CAR-ın Yoluxucu Xəstəliklər İnstitutunun məlumatına görə, artıq yeni variant 2 ölkədə 20-dən çox şəxsdə tapılıb. Yoluxma gənclərdə daha çox baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR