Malidə partlayış nəticəsində 7 BMT sülhməramlısı həlak olub

Malidə partlayış nəticəsində 7 BMT sülhməramlısı həlak olub
# 08 dekabr 2021 21:24 (UTC +04:00)

Malidə magistral yolda kustar üsulla düzəldilmiş bombanın partlaması nəticəsində BMT-nin sabitləşdirmə missiyasının 7 sülhməramlısı həlak olub, daha 3-ü ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə missiyanın “Twitter” səhifəsində məlumat verilib.

Qeyd edilib ki, BMT sülhməramlılarının avtomobil karvanı Duenza-Sevara marşrutu ilə hərəkət edərkən Bandiaqara şəhəri yaxınlığındakı RN16 şosesində partlayıcı qurğu ilə işə salınıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR