Mərakeşdə 20 avtomobil toqquşub, 1 nəfər ölüb,  37 nəfər yaralanıb

Mərakeşdə 20 avtomobil toqquşub, 1 nəfər ölüb,  37 nəfər yaralanıb
# 15 noyabr 2021 07:17 (UTC +04:00)

Mərakeşin şimalında 20 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb.

APA yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, hadisə Mərakeşin paytaxtı Rabatdan Kenitra şəhərinə gedən magistral yolda baş verib.

Hadisə yerinə kral jandarma və mülki müdafiə idarəsinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR