Nigerdə məktəbdə baş verən yanğın zamanı 24 şagird həlak olub

Nigerdə məktəbdə baş verən yanğın zamanı 24 şagird həlak olub
# 08 noyabr 2021 23:18 (UTC +04:00)

Nigerin cənubunda yerləşən Maradi şəhərində məktəb binasında güclü yanğın baş verib.

APA DPA agentliyinə istinadən xəbər verir ki, bununla bağlı bölgənin qubernatoru Çayba Əbubəkər açıqlama verib.

Bildirilib ki, hadisə zamanı 24 şagird yanaraq ölüb, 80 şagird isə ağır yanıq xəsarətləri alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR