Nigeriyada quldurlar yolu kəsərək azı 30 sərnişini naməlum istiqamətə qaçırıblar

Nigeriyada quldurlar yolu kəsərək azı 30 sərnişini naməlum istiqamətə qaçırıblar
# 21 oktyabr 2021 06:27 (UTC +04:00)

Nigeriyada silahlı şəxslər magistral yolda müxtəlif avtomobillərdə olan 30-dək sərnişinin qarşısını kəsərək qaçırıblar.

APA-nın RİA Novosti-yə istinadla verdiyi xəbərər görə, bu barədə yerli kanallar məlumat yayıb.

Quldurların insanları avtobusdan və digər iki avtomobildən düşürərək qaçırdığı qeyd olunur.

Təcavüzkarlar Niger ştatının qərb hissəsindən keçən magistral yolda hərəkətdə olan yerli sakinləri qorxutmaq üçün vaxtaşırı atəş açıblar.

Qaçırılan sərnişinlərin hansı istiqamətə aparıldığı məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR