Nigeriyada yük maşını məktəbliləri vurub, 17 nəfər ölüb

Nigeriyada qəza

© APA | Nigeriyada qəza

# 08 dekabr 2021 10:57 (UTC +04:00)

Nigeriyada yük maşını məktəbliləri vurub, hadisə nəticəsində 17 məktəbli ölüb.

APA-nın "Vanguard" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 7-də Nigeriyanın ən böyük şəhəri Laqosda, Oqba-Ojodu Berger yolundakı Ojodu məktəbinin avtobus dayanacağında baş verib.

Dövlət Yol İdarəetmə Agentliyinin (LASTMA) rəsmiləri tərəfindən təqib edildiyi bildirilən yük maşını məktəbdən qayıdan məktəbli uşaqları vurub, nəticədə 17 məktəbli ölüb, bir neçə nəfər xəsarət alıb.

Kütlə asayiş keşikçiləri tərəfindən saxlanılan sürücünü linç etməyə çalışıb, onun maşını yandırılıb.

İlkin məlumata görə, hadisə yük maşını sürücüsünün təqib zamanı idarəetməni itirməsi səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR