Qayıqla Avropaya gedən 75-dən çox miqrant Liviya sahillərində boğularaq ölüb

Qayıqla Avropaya gedən 75-dən çox miqrant Liviya sahillərində boğularaq ölüb
# 21 noyabr 2021 05:10 (UTC +04:00)

Qayıqla Avropaya gedən 75-dən çox miqrant Aralıq dənizində - Liviya sahillərində boğularaq ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yerli ofisi məlumat yayıb.

Hadisə ilə bağlı xəbəri balıqçılar tərəfindən xilas edilən və Zuvara şəhərinə aparılan 15 miqrant bildirib.

Təşkilatın məlumatına görə, bu il Aralıq dənizində artıq 1,3 mindən çox insan həyatını itirib.

Qeyd edək ki, 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya faktiki olaraq vahid dövlət kimi fəaliyyətini dayandırıb. Eyni zamanda, ölkə Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsinə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR