Sudanda etiraz aksiyaları zamanı ölənlərin sayı 37-yə çatıb

Sudanda etiraz aksiyaları zamanı ölənlərin sayı 37-yə çatıb
# 19 noyabr 2021 02:14 (UTC +04:00)

“Oktyabrın 25-də Sudanda ordunun hakimiyyəti ələ keçirməsindən sonra başlanan etiraz nümayişlərində ölənlərin ümumi sayı azı 37 nəfərə çatıb”.

APA-nın məlumatına görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik cümə axşamı keçirdiyi brifinqdə deyib.

“Dünən biz faktiki hakimiyyətin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsinin şahidi olduq. 15 nəfərin ölüb, naməlum sayda digər etirazçı yaralanıb”, deyə S.Düjarrik vurğulayıb.

O, etirazçılara qarşı güc tətbiqini pisləyərək, de-fakto hakimiyyəti idarə edən ordu rəhbərlərini və təhlükəsizlik qüvvələrini təmkinli olmağa, eləcə də insan hüquqlarının növbəti dəfə pozulmasından çəkinməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR