Sudanda etirazlar aksiyasında 7 nəfər ölüb, 140 nəfər yaralanıb

Sudanda etirazlar aksiyasında 7 nəfər ölüb, 140 nəfər yaralanıb
# 26 oktyabr 2021 02:00 (UTC +04:00)

Bazar ertəsi Sudanda hərbçilərin çevriliş cəhdindən sonra başlayan etirazlarda azı 7 nəfər ölüb, 140 nəfər yaralanıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərin güllə yarasından dünyalarını dəyişdiyi bildirilib. Yaralılarla bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, həftələrlə davam edən etirazlardan sonra Sudan hərbçiləri bazar ertəsi gecə ölkənin baş naziri Abdullah Hamduku, həmçinin, bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər. Ölkə lideri, general Əbdülfəttah əl-Burhan ordunun gənclər inqilabına cavabı olaraq ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib.

O, həmçinin 30 yaşlı prezident Ömər əl-Bəşirin devrilməsindən sonra ölkədə keçid dövrünü və ordu ilə mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrinin icrasını dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR