ÜST-dən  omikron ştammı ilə bağlı daha bir xəbərdarlıq

ÜST-dən  omikron ştammı ilə bağlı daha bir xəbərdarlıq
# 30 noyabr 2021 03:04 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun omikron ştammının bütün dünyada yayılması ehtimalının yüksək olması ilə bağlı xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, qurumun 194 üzv ölkəyə tövsiyəsində qeyd olunur ki, bəzi yerlərdə yoluxma sayının artması ciddi fəsadlara gətirib çıxara bilər.

Bildirilir ki, omikronun çoxsaylı mutasiyaları var, onların bəziləri narahatlıq doğurur. Təşkilat üzv ölkələri vaksinasiya prosesini sürətləndirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR