Xəlifə Həftar prezident seçkilərində iştirak edəcək

Xəlifə Həftar prezident seçkilərində iştirak edəcək
# 16 noyabr 2021 12:55 (UTC +04:00)

Liviya Milli Ordusuna rəhbərlik edən Xəlifə Həftar ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə Xəlifə Həftar televiziyada çıxışında bildirib.

"Seçkilər ölkəmizin düşdüyü ağır böhrandan yeganə çıxış yoludur. Mən hakimiyyətə görə deyil, xalqımızı şöhrətə, tərəqqiyə və firavanlığa doğru aparmaq istədiyim üçün prezident seçkilərində namizədliyimi bəyan edirəm”, - deyə o bildirib.

Həftar bu gün Benqazi şəhərinin şərqində yerləşən seçki mərkəzində namizədliyini rəsmi irəli sürəcək

Qeyd edək ki, Liviyada prezident seçkiləri dekabrda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR