Sudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub

Sudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub
# 28 iyun 2008 08:39 (UTC +04:00)
Xartum-APA. İyunun 27-də Sudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub. APA-nın məlumatına görə, “An-12” markalı yük təyyarəsi paytaxt Xartum hava limanında qəzaya uğrayıb. Təyyarədəki 8 ekipaj üzvündən yalnız bir nəfər Sudan vətəndaşı sağ qalıb. Həlak olan digər iki nəfər də Sudan vətəndaşıdır. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR