Mavritaniyada hərbi çevriliş olub, prezident və baş nazir həbs edilib

Mavritaniyada hərbi çevriliş olub, prezident və baş nazir həbs edilib
# 06 avqust 2008 13:17 (UTC +04:00)
Mavritaniya – APA. Mavritaniyada vəzifədən çıxarılan prezident qvardiyasının komandiri hərbi çevriliş edib. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, hərbçilər paytaxt Nuakşot şəhərindəki bütün inzibati binaları və televiziyanı mühasirəyə alıblar. Prezident Sidi Məhəmməd Ould Şeyx Abdullahi, baş nazir Yahya Ould Əhməd Vaqf, eləcə də daxili işlər naziri həbs olunublar.

Qeyd edək ki, avqustun 4-də 48 deputatın hakim partiyadan istefa verməsindən sonra ölkədə siyasi böhran kəskinləşib. Bu hadisədən iki həftə əvvəl isə parlament hökumətə etimadsızlıq göstərib.

Mavritaniya İslam Respublikası Afrikanın şimal-qərbində yerləşir. Ərazisi 1 milyon 30 min 700 kvadrat kilometr, əhalisi 3 milyon nəfərdən çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR