Əlcəzairdə terror aktı: 43 ölü, 38 yaralı

Əlcəzairdə terror aktı: 43 ölü, 38 yaralı
# 19 avqust 2008 12:29 (UTC +04:00)
Əlcəzair-APA. Əlcəzairdə terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı 43 nəfər ölüb, 38 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, terror aktı Əlcəzairin İsser şəhərində, jandarmeriya məktəbində baş verib. Minalanmış maşınla məktəbin giriş qapısına yaxınlaşan kamikadze partlayıcı qurğunu işə salıb. İlkin məlumata görə, terror aktının qurbanlarının əksəriyyəti məktəbin müdavimləri və mülki şəxslərdir. Partlayışa görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR