Sudanda sərnişin təyyarəsini qaçıran terrorçularla danışıqlar nəticə verməyib

Sudanda sərnişin təyyarəsini qaçıran terrorçularla danışıqlar nəticə verməyib
# 27 avqust 2008 09:14 (UTC +04:00)
Tripoli-APA. Sudanda daxili reys həyata keçirən sərnişin təyyarəsi terrorçular tərəfindən qaçırılıb. APA-nın məlumatına görə, terror aktı nəticəsində 100-dən artıq sərnişin Sudan Xilaskar Ordusunun döyüşçüləri tərəfindən girov götürülüb. Darfurdan Xartuma daxili rey həyata keçirən təyyarənin pilotları havaya qalxdıqdan 20 dəqiqə sonra hava gəmisinin terrorçular tərəfindən ələ keçirildiyi barədə məlumat ötürüblər. Terrorçular təyyarəni Liviyanın hava limanlarından birinə enməyə məcbur ediblər. Liviya hakimiyyət orqanlarının terrorçularla on saatdan artıqdır davam edən danışıqları hələlik nəticə verməyib. Terrorçuların yeganə tələbi təyyarənin Parisə doğru istiqamət götürməsidir. Təyyarənin heyətində 10 terrorçunu olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR