Liviya lideri Müəmmar Qəzzafinin həbsinə sanksiya verilib

Liviya lideri Müəmmar Qəzzafinin həbsinə sanksiya verilib
# 27 avqust 2008 14:53 (UTC +04:00)
Beyrut - APA. Livan məhkəməsi avqustun 27-də Liviya lideri Müəmmar Qəzzafi və daha altı liviyalının həbsinə sanksiya verib. APA-nın AFR-ə istinadən verdiyi məlumata görə, onlar Livan şiələrinin dini liderlərindən olan imam Musa Sədrin oğurlanmasında günahlandırılırlar.

İstintaqın məlumatına görə, Livanda radikal şiə hərəkatı olan “Amal”ın əsasını qoyan imam Musa Sədr 1978-ci ildə onu müşayiət edən iki nəfərlə birlikdə Liviyada yoxa çıxıb. Livan tərəfi ehtimal edir ki, imamın oğurlanmasının arxasında M. Qəzzafi durur.

Öz növbəsində? Liviya rəsmiləri Sadrin taleyi barədə məlumatsız olduqlarını bildirirlər. Onların sözlərinə görə, Sədr yoldaşları ilə birlikdə 1978-ci il avqustun 31-də İtaliyaya getmək adı ilə Liviyanı tərk edib və o vaxtdan onun barəsində heç bir məlumat yoxdur.

Qeyd edək ki, “Amal” Livanda fəaliyyətini bu gün də davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR