CAR prezidenti və İsrailin baş naziri istefa veriblər

CAR prezidenti və İsrailin baş naziri istefa veriblər
# 22 sentyabr 2008 07:51 (UTC +04:00)
Pretoriya – Tel-Əviv. Cənubi Afrika Respublikasının prezidenti Tabo Mbeki istefa verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölkə parlamenti gələn il keçiriləcək parlament seçkilərinə qədər vəzifədə olacaq müvəqqəti prezident seçəcək. Müvəqqəti prezidentin hakim partiyanın liderlərindən biri, parlamentin sədri Baleka Mbete olacağı gözlənilir. Xatırladaq ki, 66 yaşlı T. Mbeki 1999-cu ildə dövlət başçısı vəzifəsində əfsanəvi Nelson Mandelanı əvəz etmişdi.

Bir istefa xəbəri də İsraildən gəlib. Baş nazir Exud Olmert hökumətin iclasında istefa verdiyini bəyan edib. Korrupsiyada günahlandırılan E. Olmertin istefası gözlənilən idi. Onu bu postda hakim Kadima Partiyasının yeni lideri, xarici işlər naziri Tszipi Livni əvəz edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR