Sudanlı terrorçular Misirdə 15 turisti girov götürüblər

Sudanlı terrorçular Misirdə 15 turisti girov götürüblər
# 22 sentyabr 2008 13:55 (UTC +04:00)
Qahirə-APA. Misirin cənubunda 15 turist naməlum şəxslər tərəfindən girov götürülüb. APA-nın məlumatına görə, girovlar arasında İtaliya, Almaniya, İsrail, Misir və Rumıniyadan olan turistlər var. Turistlər Asuan bəndi yaxınlığında girov götürülüb. Terrorçular girovların azadlığa buraxılması üçün Misir hökumətindən 6 milyon avro pul tələb ediblər. Girovların hazırda Sudan ərazisində saxlandığı güman olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR