ARDNŞ-in Kulevidəki neft terminalı avqustda istismara veriləcək

ARDNŞ-in Kulevidəki neft terminalı avqustda istismara veriləcək
# 06 iyun 2007 09:03 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Gürcüstanın Kulevi dəniz neft terminalı bu ilin avqust ayında istismara veriləcək. “APA-Economics”in verdiyi məlumata görə, bunu jurnalistlərə “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.
“İlk öncə terminalın iyunda istismara verilməsi nəzərdə tutulurdu. Lakin hava şəraiti səbəbindən 14 km-lik dəmir yolu sahəsinin çəkilişi və dəniz dibinin dərinlətməsi işləri ilə bağlı kiçik ləngimələr baş verib”, - deyə M.Məmmədov bildirib. Şirkət başçısının sözlərinə görə, əgər terminal avqustda istismara verilərsə, ilin sonunadək buradan 1,5 mln. tonadək neft və neft məhsullarının nəqli mümkün olacaq.
“Kulevidəki terminalda bütün rezervuarlar qızdırılır və pis hava şəraitinə görə yükləmə ilə bağlı problemlər gözlənilmir. Bizim terminal regionda ən müasir terminal olacaq və burada 100 min tonadək dedveyti olan tankerlərin qəbulu planlaşdırılır. Bundan başqa, üçüncü limanda yerləşəcək yardımçı donanmanın yaradılması nəzərdə tutulur. Gürcüstanda qoşqu biznesi çox zəif inkişaf edib, buna görə də biz özümüzün köməkçi donanmamızı yaradacağıq”, - deyə M.Məmmədov bildirib. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR