Misir prezidentinin iqamətgahı bata bilər

Misir prezidentinin iqamətgahı bata bilər
# 30 iyul 2007 10:49 (UTC +04:00)
Misir prezidentinin iqamətgahının yerləşdiyi Əl-Kobba kompleksi 2 ay ərzində bata bilər. APA-nın İsrail bürosunun xəbərinə görə, kompleksin altında yeraltı suların həcmi maksimum həddə çatıb. Prezident iqamətgahı ilə yanaşı, xarici qonaqların qəbul olunduğu saray, istirahət evi, park və bağlar da təhlükə qarşısındadır. Prezident Hüsnü Mübarək Kənd Təsərrüfatı və Su Təminatı nazirliklərinə nəyin bahasına olursa-olsun binaların batmasının qarşısını almağı tapşırıb.
Qeyd edək ki, Əl-Kobba kompleksinin tikintisinə 1805-ci ildə Məhəmməd Əlinin krallığı dövründə başlanıb. I Farukun dövründə (1925-1952) kompleks kralın iqamətgahı kimi istifadə olunub. Hazırda kompleksin ərazisində 380 növ ağac və gül var. Misir prezidentinin Qahirədə daha üç iqamətgahı mövcuddur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR