Misirdə 23 radikal islamçı həbs edilib

Misirdə 23 radikal islamçı həbs edilib
# 01 avqust 2007 08:47 (UTC +04:00)
Misirdə terror aktları hazırlamaq və hökumət əleyhinə təbliğat aparmaqda ittiham olunan 23 radikal islamçı həbs edilib. APA-nın İsrail bürosunun xəbərinə görə, həbs edilənlərdən biri iraqlı, ikisi isə Yəmən ərəbidir. Digər 20 nəfər haqqında isə məlumat verilmir. Qrupun hansı obyektlərə terror hazırladığı da açıqlanmır. Həbslər iki həftə əvvəl həyata keçirilib. Hakimiyyət orqanları əhaliyə müraciət edərək çoxlu sayda mismar, boya məhlulları alan şəxslər haqqında məlumat verilməsini xahiş edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR