Mavritaniya parlamenti quldarlığın tam ləğvi haqqında qanun qəbul edib

Mavritaniya parlamenti quldarlığın tam ləğvi haqqında qanun qəbul edib
# 10 avqust 2007 16:25 (UTC +04:00)
Mavritaniya parlamenti quldarlığın tam ləğvi haqqında qanun qəbul edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, bundan sonra quldarlıq Mavritaniyada cinayət sayılacaq və 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qanun həmçinin quldarlığın tərənnüm edildiyi mədəniyyət və incəsənət əsərlərinin dərcini də yasaqlayır. Bu qadağaya əməl etməyənləri 2 illik həbs cəzası gözləyir.
Qeyd edək ki, Mavritaniya hökuməti hələ 1981-ci ildə quldarlıqla mübarizə aparmağa cəhd edib və bununla bağlı xüsusi qanun qəbul olunub. Ancaq bu qanuna praktikada əməl olunmayıb və ölkənin geridə qalmış əyalətlərində quldarlıq qalıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR