Azərbaycan hökumətinə milli peykin hazırlanması layihəsi üzrə təkliflər təqdim olunub

Azərbaycan hökumətinə milli peykin hazırlanması layihəsi üzrə təkliflər təqdim olunub
# 04 sentyabr 2007 09:22 (UTC +04:00)
Nazirliyin fəaliyyətin koordinasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev “APA-Economics”ə bildirib ki, müraciətdə peyk barədə texniki məlumatlar verilib və peykin Azərbaycan üçün zəruriliyi əsaslandırılıb. Müraciətdə milli peykin hazırlanması və orbitə çıxarılması üçün tələb olunan maliyyə vəsaiti qeyd edilməsə də, dünya üzrə bu layihələrin dəyəri barədə ümumi məlumat verilib. Bu layihənin icrasının dünyada təxminən 100-160 mln. ABŞ dollarına başa gəldiyini bildirən Q.Abdullayev vurğulayıb ki, peykin hazırlanmasına sərf olunan maliyyə vəsaiti hələ dəqiq müəyyənləşdirilməyib. Texniki göstəricilərin hazırlanması sona çatandan sonra onun əsasında maliyyə məsrəfləri konkretləşəcək: “Hökumətin bu layihəyə münasibətini öyrəndikdən sonra konkret təkliflər hazırlanacaq və burada layihənin maliyyə tərəfi və digər məsələlər əksini tapacaq”.
Q.Abdullayev qeyd edib ki, bununla yanaşı peyklə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) təqdim etmək üçün əlavə məlumatlar da hazırlanır. Hazırda nazirliyin müvafiq işçi qrupunda bu məlumatlara baxılır. Əsasən texniki məsələlərlə bağlı olan əlavə məlumatların sentyabrın sonuna qədər BTİ-yə təqdim olunacağı gözlənilir. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR