Əlcəzairdə törədilən terror aktı nəticəsində 52 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Əlcəzairdə törədilən terror aktı nəticəsində 52 nəfər ölüb, çoxlu sayda insan yaralanıb
# 11 dekabr 2007 15:17 (UTC +04:00)
İlkin araşdırma zamanı Əlcəzair Ali Məhkəməsi qarşısında və diplomatik korpusların yerləşdiyi rayonda baş verən partlayışların kamikadzelər tərəfindən törədildiyi müəyyənləşdirilib. Hazırda terror aktları həyata keçirilən rayonlar polis tərəfindən mühasirəyə alınıb. Hüquq-mühafizə orqanları diplomatik korpusların yerləşdiyi rayonda baş verən partlayışın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu ölkədəki ofisinə qarşı yönəldiyini bildirirlər. Terror aktında yaralananlar arasında BMT əməkdaşları da var. Terror aktına görə məsuliyyəti “İslam Məğribi ölkələrində Əl-Qaida” terror təşkilatı öz üzərinə götürüb. Ötən ilin sentyabrında Əlcəzair prezidenti Əbdüləziz Buteflikinin kortejinə qarşı terror aktını da bu terror təşkilatı həyata keçirmişdi. Həmin terror aktı 22 hərbçinin ölümünə səbəb olmuşdu. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR