Çoxmərtəbəli binanın uçması nəticəsində 20-dən çox adam ölüb

Çoxmərtəbəli binanın uçması nəticəsində 20-dən çox adam ölüb
# 24 dekabr 2007 14:22 (UTC +04:00)
Misirin ikinci böyük şəhəri İsgəndəriyyədə 12 mərtəbəli binanın uçması nəticəsində azı 20 nəfər ölüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, insident şəhərin şərq hissəsindəki Loran rayonu ərazisində baş verib. Binanın hansı səbəbdən uçduğu hələlik bəlli deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə alıblar, xilasedicilər və hərbçilər dağıntılar altında sağ qalan insanları çıxarmağa çalışır. Yaxınlıqdakı üç binaya da ciddi ziyan dəyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR