Bin Ladenin oğlu Böyük Britaniyadan yaşayış hüququ istəyib

Bin Ladenin oğlu Böyük Britaniyadan yaşayış hüququ istəyib
# 14 yanvar 2008 09:13 (UTC +04:00)
“Əl-Qaidə” lideri Üsamə bin Ladenin oğlu, 26 yaşlı Ömər Böyük Britaniyanın Misirdəki səfirliyinə müraciət edərək bu ölkədə yaşayış hüququ istəyib. APA-nın məlumatına görə, “The Daily Mail” qəzeti yazıb ki, Ömər bin Laden Böyük Britaniya vətəndaşı olan 52 yaşlı həyat yoldaşı Ceyn Feliks-Braunla birlikdə səfirlikdə olub. Üsamə bin Ladenin dördüncü oğlu olan Ömər və altıncı dəfə ailə quraraq Zaina əs-Sabah bin Laden adını alan Ceyn evlilik əlaqələrinin həqiqiliyinə sübut kimi öz bank hesablarını də səfirliyə təqdim ediblər. Ömər Böyük Britaniyada yaşayış hüququ əldə edərsə, istədiyi qədər bu ölkədə qala bilər. Hələlik səfirlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Cütlük Feliks-Braunun Çeşir qraflığındakı mülkünə köçməyə hazırlaşır. Qeyd edək ki, ötən ilin sentyabrında Ceynlə Ömərin boşandıqları barədə xəbər yayılmışdı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR