Misirdə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb

Misirdə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb
# 01 may 2008 12:17 (UTC +04:00)
Qahirə - APA. Bu gün səhər Misirdə turistləri daşıyan avtobus qəzaya uğrayıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb, 20-dən çox turist yaralanıb. Rusiya, Ukrayna, Kanada, Böyük Britaniya və İtaliyadan olan turistləri daşıyan avtobus Sinay yarımadasında, Şarm-əş-Şeyx - Qahirə avtomobil yolunda aşaraq yanmağa başlayıb. Güclü yanğın nəticəsində 3 sərnişin tanınmaz hala düşüb. Ölənlərdən 2-si rusiyalı, 1-i ukraynalıdır. Yaralılar yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR