Beynəlxalq Cinayət Məhkəməsi Qətərin BƏƏ-yə qarşı iddiasını rədd edib

Beynəlxalq Cinayət Məhkəməsi Qətərin BƏƏ-yə qarşı iddiasını rədd edib
# 05 fevral 2021 10:32 (UTC +04:00)

Beynəlxalq Cinayət Məhkəməsi Qətərin BƏƏ-yə qarşı iddiasını rədd edib.

APA-nın Əl-Cəzirə telekanalına istinadən xəbərinə görə, məhkəmə kollegiyası rəsmi Əbu-Dabinin Qətər vətəndaşlarına qarşı irqi zəmində kütləvi diskriminasiyaya yol verməsi iddialarını əsassız sayıb.

Kollegiyanın qərarına əsasən, Qətərin iddia ərizəsində BMT-nin irqi ayrı-seçkilik əleyhinə 1965-ci il konvensiyasına istinad etməsi üçün əsaslar müəyyən edilməyib.

Qeyd edək ki, Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı 2017-ci ildə Qətər hökuməti ilə əlaqələri kəsib. Sonradan üç dövlət qərarını dəyişsə də, Birləşmiş Ərəb Əmirlikləri hələ də bunu etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR